Xanımların NƏZƏRİNƏ! Bu kosmetikalar sizi xəstəliyə düçar edə bilər


Digərləri 25 Okt 2018 20:40:00 411 0

Xanımların NƏZƏRİNƏ! Bu kosmetikalar sizi xəstəliyə düçar edə bilər

Son zamanlar Azərbaycan kosmetika bazarını saxta mallar ələ alıb. Yüngülvari müşahidə kifayət etdi ki, satışda külli miqdarda mənşəyi bəlli olmayan müxtəlif çeşidli, üzərini toz basmış keyfiyyətsiz və saxta məhsulların olmasına əmin olaq.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Tuğra Şirinova - Alıcı: "Bazarda əsasən var belələri. Dəridə səpgi yaradır, ləkə yaradır, keyfiyyətsiz olduğunu təxmin edirəm. Düzgün deyil gigeyenik cəhətdən".

Satıcı: "Üzərində yazılıb 2020-ci ilə qədər vaxtı var. Vaxtı keçmiş məhsul qaytarılır firmaya. Saxta məhsulun üzərində PC yazılır. Bu saxtadır, bu da orjinaldır. Hər ikisi eyni yerdən gəlir göstəririk müştəriyə, məsləhət görürük nəyi bəyənirsə onun imkanına uyğun olaraq veririk".

Bəzi alıcıların əksəriyyəti kosmetik vasitələrin saxta olduğunu bilə-bilə yenə həmin kosmetikadan istəyirlər. Əsas məsələ qiymətdir.

Ətri Əhmədova - Alıcı: "Bu hardan gəlib, hara buraxıb, yaxşıdır, pisdir gərək satıcı bilsin də! Onu harda istehsal edib göndəriblər. 1 dəqiqə də vaxtı keçdi, gərək onu işlətmiyəsən".


Xəbərə aid fotolar