Loboda xəstəxanadan fotosunu paylaşdı


Digərləri 25 Okt 2018 20:24:00 256 0

Loboda xəstəxanadan fotosunu paylaşdı

Ötən gün təcili olaraq böyrəyindən əməliyyat olunan Rusiyanın və Ukraynanın pop ulduzu Svetlana Loboda açıqlama yayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, instaqramda xəstəxanadan fotosunu paylaşan müğənni hər şeyin gözlənilmədən baş verdiyini bildirib.  O, oktyabr ayında baş tutacaq konsertlərinin təxirə salındığını elan edib:

"Məni əzizlərim, sizə kədərlənərək yazıram. Son günlərdə başıma gələn hər şey ağrılarımın yaranmasına səbəb oldu və planlarımız pozuldu. Mən konsertlərimi gözləyirdim. Son 6 ay ərzində biz sizin üçün xüsusi şou hazırlayırdıq. Sizi sevindirmək, sürpriz etmək, ilhamlandırmaq, bütün məhəbbətimi mahnılarıma çatdırmaq istəyirdim.