Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qahirədə beynəlxalq elmi konfrans keçirib (FOTO)


Digərləri 25 Okt 2018 20:19:00 275 0

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qahirədə beynəlxalq elmi konfrans keçirib (FOTO)

Nizami Gəncəvi Beynəlxlaq Mərkəzi Misirdə fəaliyyət göstərən Al-Azhar təşkilatı ilə birgə Qahirədə “İslam və Qərb” mövzusunda beynəlxalq konfrans keçirib.

Bakı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Misirdə fəaliyyət göstərən Al-Azhar təşkilatı ilə birgə Qahirədə “İslam və Qərb” mövzusunda beynəlxalq konfrans keçirib. Mərkəzdən Trend-ə verilən məlumata görə, Al-Azharın Böyük İmamı, 2018-ci ildə dünyanın ən nüfuzlu müsəlman lideri çeçilmiş Ahmed el-Tayebin şəxsi dəstəyi nəticəsində baş tutan konfransda islam dünyası və islam dini haqqında bəzi Qərb cəmiyyətlərində formalaşmış yanlış fikirlərlə bağlı dünyanın nüfuzlu siyasət və dövlət adamlarının məruzələri dinlənilib. Çıxış edənlər İslamın tolerantlıq və humanizm dini olduğunu vurğulayıblar. Qeyd olunub ki, İslam dini bəşəri dəyərlərə, dünyada sülhün, təhlükəsizliyin, fərdi azadlıqların təmin olunmasına xidmət edir. İştirakçıları Mərkəzin təşəbbüsü ilə keçirilən bu tədbirin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğulayıblar.