Azərbaycanda satılan ən bahalı telefonlar


Digərləri 25 Okt 2018 20:08:00 306 0

Azərbaycanda satılan ən bahalı telefonlar

Azərbaycanlılar danışmağı çox sevir. Bu sübuta ehtiyacı olmayan faktı təsdiqləmək üçün bircə nüansı deyək ki, ölkə büdcəsinə qeyri-neft sektorundan ən böyük daxilolma məhz mobil operatorların xidmətlərindən gəlir. Bundan başqa, Azərbaycanda mobil telefon sosial statusun görüntüsünə çevrilib: ac qalıb bahalı telefona kredit ödəyənlər az deyil.

Hazırda satışda olan ən bahalı telefonlar

Son.az xəbər verir ki, oxu.az hazırda bu şəbəkədə satılan ən bahalı telefonlar üzrə TOP-5-i seçdi, həm də ən bahalı telefon modelləri kimdə görülüb, onlar necə xatırlanır, bu mövzuda bir neçə rəy aldı.  

Beləliklə, hazırda mobil telefon satışı mərkəzlərində satılan: 

- Ən bahalı telefon "iPhone XS Max 256GB" smartfonudur. Qiyməti 3299 manatdır.

Qiymət bahalığına görə:

- "iPhone XS 256GB" smartfonu ikincidir. Qiyməti 3099 manat təşkil edir. A12 Bionic, Yeni nəsil Neural Engine prosessoruna malikdir.

- "iPhone XS 64GB" smartfonu isə 2599 manata satılır. Və bu son modellər suya davamlılığı ilə öyünür.

- "Samsung Galaxy Note9" (Midnight Black) qeyd etmək olar. Smartfonun qiyməti  2099 manatdır.

- "Vertu Constilition Ceramika". İşlənmişi 1 550 manatdır. Bilənlər bilir ki, bu telefonun funksionallığı çox zəifdir, daha çox sosial nüfuzunu görüntüləmək vasitəsidir.

"Çox yaxşı satılır"

Bu gün mobil telefonları əksər azərbaycanlılar həm də maddi vəziyyəti barədə ismarıc kimi göstərirlər. Bu fikrə, əslində, şübhəmiz yox idi, amma yenə də araşdırmaq qərarına gəldik. Beləliklə, telefon satış mərkəzləri üç mindən yuxarı mobil telefonların satışından çox razıdırlar.