Azərbaycanın möhtəşəm uğuru ISESCO "ASAN mükafatı" təsis etdi


Digərləri 25 Okt 2018 19:56:00 281 0

Azərbaycanın möhtəşəm uğuru  ISESCO "ASAN mükafatı" təsis etdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) ilə ISESCO arasında Birgə Əməkdaşlıq Proqramı imzalanıb.

Son.az xəbər verir ki, sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri imzalayıblar.

Əməkdaşlıq Proqramına əsasən, qabaqcıl idarəetmə üzrə "ISESCO-nun ASAN mükafatı" təsis olunur. "ISESCO-nun ASAN mükafatı" üzv dövlətlərdə innovasiyaları əks etdirən təcrübələr üçün təqdim olunacaqdır.

Əməkdaşlıq proqramında həmçinin, "ASAN xidmət" və ISESCO tərəfdaşlığını əks etdirən İnkişaf naminə İdarəetmə (G4D) beynəlxalq təşəbbüsünün irəli sürülməsi, şirkətlərin biznes inkişafı və idarəetmələrinin yüksəldilməsi məqsədilə xüsusi "ASAN xidmət" məhsullarının formalaşdırılması nəzərdə tutulur.


Xəbərə aid fotolar