Ermənistanın eksbaş nazirinə vəzifə verilir


Dünya 25 Okt 2018 19:16:00 220 0

Ermənistanın eksbaş nazirinə vəzifə verilir

Ermənistanın keçmiş baş naziri Karen Karapetyan Rusiyanın "Zarubejneft" şirkətinin Direktorlar Şurasının üzvü olacaq.

Son.az Azvision.az.a istinadən xəbər verir ki, hazırda maliyyəçi Rayr Simonyanın tutduğu müstəqil direktor vəzifəsi Karapetyana verilə bilər. Bu addım həm Karapetyanın 2000-2010-cu illərdə Rusiyanın dövlət şirkətlərində uzun və etibarlı karyerasının nəticəsi, həm də Karapetyana edilən siyasi jest kimi qiymətləndirilib.

Qəzet yazıb ki, Ermənistanın yeni hökuməti ilə yaxşı münasibətlər qurmağa cəhd etməklə yanaşı, Rusiya rəhbərliyi Karapetyana vəzifə verməklə bir növ Yerevana və erməni elitasına siyasi mesaj da ötürür ki, Moskva əvvəlki siyasi liderləri unutmur.

Həmçinin, "Zarubejneft" böyük neft şirkəti olmamasına baxmayaraq, onun 6 nəfərdən ibarət Direktorlar Şurasının Rusiyanın sabiq iri məmurlarından formalaşması Karapetyanın hələ də Kremlin siyasi orbitində "faydalı" fiqur olduğunu göstərir.