Rusiya Baş nazirinin müavini: "Bakı Beynəlxalq Humanitar Forumu fikir mübadiləsi üçün real imkanlar yaradır"


Siyasət 25 Okt 2018 18:43:00 264 0

Rusiya Baş nazirinin müavini: "Bakı Beynəlxalq Humanitar Forumu fikir mübadiləsi üçün real imkanlar yaradır"

Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanla hərtərəfli münasibətlərin inkişafı və fikir mübadiləsi üçün real imkanlar yaradır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu zamanı Rusiya Baş nazirinin müavini Olqa Qolodets deyib.

O.Qolodets bildirib ki, ənənəvi olaraq hər il Bakıda keçirilən humanitar forum dialoq üçün böyük müstəvidir:

"Bu, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə mədəniyyətlərarası dialoqun qurulması üçün keyfiyyətli platformadır".

Son.az