Bakı polisindən jest: rusiyalı turistin itirdiyi portmanat özünə qaytarıldı


Digərləri 25 Okt 2018 18:44:00 300 0

Bakı polisindən jest: rusiyalı turistin itirdiyi portmanat özünə qaytarıldı

Ötən gecə saat 00:10 radələrində Bakı metrosunun "Avtovağzal" stansiyasında xidmət aparan Metropolitendə Polis Şöbəsinin əməkdaşlarına yaxınlaşan bir nəfər portmanatını itirdiyini bildirib.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Polis məntəqəsinə dəvət olunan həmin şəxsin Rusiyadan ölkəmizə turist kimi gəlmiş Nikita Runkovski olduğu məlum olub. Paytaxtdakı hostellərin birində qaldığını deyən turist Şəkidən gələrkən portmanatını taksidə unutduğunu, gecələmək üçün pulu olmadığından ümid yeri kimi polisə müraciət etdiyini bildirib.

Polis əməkdaşları müəyyən məlumatları dəqiqləşdirdikdən sonra Nikitanı hostelə yerləşdiriblər və dərhal portmanatın tapılması üçün əməliyyat tədbirlərinə başlayıblar.