QMİ sədri: "Azərbaycanda dini və etnik siyasət dövlət tərəfindən tənzimlənir"


Siyasət 25 Okt 2018 18:30:00 276 0

QMİ sədri: "Azərbaycanda dini və etnik siyasət dövlət tərəfindən tənzimlənir"

Şükürlər olsun ki, Azərbaycanda daxili sabitlik mövcuddur. Ölkəmizdə dini və etnik siyasət dövlət tərəfindən tənzimlənir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi" plenar sessiyasında çıxışı zamanı deyib.

A.Paşazadə bildirib ki, Azərbaycanda multikultural dəyərlərə həm dövlət, həm də xalq tərəfindən çox böyük önəm verilir:

"Çünki Azərbaycan xalqı humanist xalqdır. Xalqımız başqa dinlərə, başqa dövlətlərdə yaşayanlara qarşı loyal olub".

Prezident İlham Əliyevin 2016-2017-ci illəri "Multikulturalizm" və "İslam Həmrəyliyi İli" elan etdiyini xatırladan A.Paşazadə Azərbaycan xalqının tolerant xalq olduğunu xüsusi vurğulayıb:

"Həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə inkişaf üçün Azərbaycanda hər bir şərait var. Azərbaycanda dinlərarası əlaqələrin mərkəzini yaratmışıq. Bu mərkəzə dünyanın bir çox dövlətlərindən nümayəndələr gəlirlər".

Son.az