Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli tərəflərin maraqlarına cavab verir


Siyasət 25 Okt 2018 18:34:00 228 0

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli tərəflərin maraqlarına cavab verir

Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli münaqişə tərəflərinin maraqlarına cavab verir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirilən mətbuat konfransında deyib.

XİN rəsmisi qeyd edib: "Münaqişənin sülh yolu ilə həlli bütün iştirakçıların - həm ATƏT-in Minsk qrupunun, həm münaqişə tərəflərinin maraqlarına cavab verir. Biz həmişə bunu dəstəkləmişik və bu, əsas məqsədimiz olub".

Son.az