Allahşükür Paşazadə: "Belə forumlar bizim varlığımızı, ucalığımızı göstərir"


Siyasət 25 Okt 2018 18:24:00 259 0

Allahşükür Paşazadə: "Belə forumlar bizim varlığımızı, ucalığımızı göstərir"

"Azərbaycanın torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal olunub, ibadətgahlarımız, qəbirlərimiz xarabalığa çevrilib, sinaqoq və kilsələr dağıdılıb. Ancaq buna baxmayaraq, Azərbaycan xalqı yenə də humanist olduğunu dünyaya göstərir".

Son.az Trend-ə istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

A.Paşazadə əlavə edib ki, xalqımız öz qələbəsinə, torpaqlarımızın işğaldan azad ediləcəyinə inanır:

"Hesab edirəm ki, bu gün biz erməni işğalından əziyyət çəkən bir xalq kimi dünyaya car çəkirik ki, humanist olaq, münaqişə etməyək, bir-birimizə hörmətlə yanaşaq, dövlətlərin qanunlarına hörmət edək. Bu baxımdan Bakı Beynəlxalq Humanitar Forumu bizim üçün çox önəmlidir. Belə forumlar bizim varlığımızı, ucalığımızı göstərir".

Son.az