BMT baş katibinin köməkçisi: "Qlobal problemlərin həlli üçün çoxtərəfli forumların keçirilməsi lazımdır"


Siyasət 25 Okt 2018 17:28:00 346 0

BMT baş katibinin köməkçisi: "Qlobal problemlərin həlli üçün çoxtərəfli forumların keçirilməsi lazımdır"

"Qlobal problemlərin və çətinliklərin öhdəsindən gəlmək üçün qlobal cavablara ehtiyac var və çoxtərəfli hökumət forumlarının keçirilməsi lazımdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu zamanı BMT baş katibinin Yaxın Şərq və Mərkəzi Asiyada humanitar əməkdaşlıq üzrə köməkçisi Rəşid Xalikov deyib.

R.Xalikov qeyd edib ki, BMT baş katibi təşkilata etibarın bərpa olunması işinə sadiqliyini təsdiq edir.

BMT rəsmisinin sözlərinə görə, forum iştirakçıları dünya ictimaiyyətinin üzləşdiyi əsas problemləri müzakirə edəcək.