Slovakiya Baş nazirinin müavini: "Dayanıqlı İnkişafa dair Bakı Forumu ortaq məqsədlərə nail olmaq üçün çox gözəl zəmin yaradır"


Siyasət 25 Okt 2018 16:56:00 344 0

Slovakiya Baş nazirinin müavini: "Dayanıqlı İnkişafa dair Bakı Forumu ortaq məqsədlərə nail olmaq üçün çox gözəl zəmin yaradır"

"Dayanıqlı İnkişafa dair Bakı Forumu ortaq məqsədlərə nail olmaq üçün çox gözəl bir zəmin yaradır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Slovakiya Baş nazirinin investisiya və informasiyalaşdırma məsələləri üzrə müavini Riçard Raşi forumda çıxışı zaman deyib.

O qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) tərəfdaşlıq vasitəsilə həyata keçirmək mümkündür: "Dayanıqlı İnkişaf Məqsədləri ilk növbədə dövlət siyasətinin özündə olmalıdır".

R.Raşi bildirib ki, 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üzrə fəaliyyətə bütün tərəflər cəlb olunmalıdır: "Biz qeyri-hökumət təşkilatlarının nümayəndələri, elm adamları, özəl sektoru cəlb etməklə ölkəmizin bu istiqamətdə proritetini müəyyən etmişik. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi strategiyası heç kimi kənarda qoymamaqla hazırlanmalıdır. Biz DİM-in həyata keçirilməsi üçün regional, milli və qlobal səviyyədə əməkdaşlıq etməliyik".