Ermənistan prezidenti Ərdoğana deyəcəyi ilk sözü AÇIQLADI:


Dünya 25 Okt 2018 16:40:00 297 0

Ermənistan prezidenti Ərdoğana deyəcəyi ilk sözü AÇIQLADI:

"Erməni soyqırımı"nın zamanında qəbul edilib qınanmadığını və bunun XX əsrdə yeni cinayətlərə, soyqırımlara yol açdığını deyən Ermənistan prezidenti Armen Sarkisyan, Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi təqdirdə ona ilk olaraq nə deyəcəyi barədə danışıb.

Son.az Sputniknews-a istinadən xəbər verir ki, İsveçrənin RTS telekanalına müsahibə verən Sarkisyan Ermənistanın Türkiyə ilə dialoqa hazır olduğunu bildirib.

Sarkisyan Ermənistanın Türkiyəni birgün bağışlamaq ehtimalının olduğunu, ancaq bunun üçün öncə Türkiyənin peşmanlıq hissi keçirməyi və etiraf etməsinin vacibliyini qeyd edib.