Gəlin əri və uşaqlarını atıb başqa kişiyə qaçdı


Digərləri 25 Okt 2018 16:44:00 278 0

Gəlin əri və uşaqlarını atıb başqa kişiyə qaçdı

Ötən il Ucar rayonunun Qaradağlı kəndində başqasına qoşularaq qaçan iki uşaq anası yenidən ailəsinə qayıdıb.

Son.az xəbər verir ki, bu barədə a24.az-a kənd sakinləri məlumat verib. Məlumatda bildirilir ki, iki azyaşlı uşağını atıb, başqa kişiyə qoşularaq qaçan kənd sakini, 1991-ci il təvəllüdlü Çinarə Ağayeva əri və onun ailəsi ilə barışıb.

Məlumata görə, qoşulub qaçdığı kişi ilə bir neçə ay yaşayan Ç.Ağayeva hazırda Qaradağlı kəndində həyat yoldaşı, 1993-cü il təvəllüdlü Ayaz Ağayevlə birlikdə yaşayır.