BMT rəsmisi: "Azərbaycana təşəkkür edirik ki..."


Siyasət 25 Okt 2018 16:48:00 234 0

BMT rəsmisi: "Azərbaycana təşəkkür edirik ki..."

"BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün biz yoxsulluğun aradan qaldırılması kimi bir sıra öhdəliklər üzərimizə götürmüşük".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının Prezidenti (ECOSOC) İnga Rhonda Kinq Dayanıqlı İnkişafa dair Bakı Beynəlxalq Humanitar Forumunda deyib.

O qeyd edib ki, son məqsədə çatmaq üçün indiyə qədər əldə edilən nailiyyətlər kifayət deyil. O bildirib ki, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ölkələr arasında əməkdaşlıq edilməlidir, çoxtərəfli əməkdaşlıq səmərəli şəkildə həyata keçirilməlidir. Onun sözlərinə görə, dövlətlə bərabər qeyri-dövlət tərəfləri də bu prosesə qoşulmalıdır. Ölkələr tərəfindən könüllü icmaların yaradılması məsələsinə toxunan İ.Kinq bu istiqamətdə fəaliyyətinə görə Azərbaycana təşəkkür edib:

"Azərbaycana təşəkkür edirik ki, 2017-ci ildə artıq belə bir könüllü icma təqdim etmişdi və 2019-cu ildə daha bir belə icma təqdim edəcək".

O qeyd edib ki, DİM-lərin həyata keçirilməsi üçün qlobal əməkdaşlığa ehtiyac var. İ.Kinq bildirib ki, Bakıda keçirilən bu forum DİM-lərin həyata keçirilməsi üçün regional əməkdaşlığın gücləndirilməsi baxımından uğurlu platformadır. O qeyd edib ki, DİM-lərin həyata keçirilməsində heç kim kənarda qalmamalıdır: "İstədiyimiz dünyanı yaratmaq üçün biz güclü olmalıyıq və birgə fəaliyyət göstərməliyik.