Kasilyas rekorda yaxınlaşdı


İdman 25 Okt 2018 16:33:00 294 0

Kasilyas rekorda yaxınlaşdı

Porto-nun ispan qapıçısı İker Kasilyas Çempionlar Liqasının rekorduna bir addım da yaxınlaşıb.

Goal.az xəbər verir ki, təcrübəli qolkiper Lokomotiv-lə görüşdə Manuel Fernandeşin penaltisini dəf edib.

O, turnirin tarixində 4-cü dəfə 11 metrlik zərbəni zərərsizləşdirib. Bununla da Kasilyas Canluici Buffon, Qreqori Kupe və Andrey Pyatova çatıb. İker əvvəlki üç penaltini Real-da oynadığı vaxt dəf edib.

 Çempionlar Liqasında ən çox penalti dəf edən qapıçısı isə Borussia-nın sabiq “1 nomrə”si Hans-Yorq Buttdur - 5 qurtarış.