BMT rəsmisi: "Bakı Beynəlxalq Humanitar Forumu Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa kömək edəcək"


Siyasət 25 Okt 2018 16:24:00 236 0

BMT rəsmisi: "Bakı Beynəlxalq Humanitar Forumu Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa kömək edəcək"

"Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün sözdən əmələ keçməyin vaxtıdır."

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumunda deyib.

Q.İsaqzai bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün yol xəritələri hazırlanmalıdır.

O qeyd edib ki, bu sahədə irəliləyişə nail olmaq üçün Azərbaycanda çox ciddi addımlar atılıb, ölkənin müvafiq strukturları bizimlə səmərəli əməkdaşlıq edirlər:

"Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi məqsədilə bu sahədə təcrübə və fikir mübadiləsi aparmaq üçün bu cür forumların təşkili olduqca vacibdir. Ümidvaram ki, Bakıda keçirilən bu forum bizim bilik və bacarıqlarımızı bir araya gətirəcək və 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bizə kömək göstərəcək".