Bakıda həyat yoldaşını boğub öldürən şəxsə


Digərləri 25 Okt 2018 15:52:00 219 0

Bakıda həyat yoldaşını boğub öldürən şəxsə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elvin Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Qəhrəmanlı 10 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvarın 22-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.

Müəyyən edilib ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib.