Əli Əhmədov: "Dünyada qaçqın problemi, münaqişələr aradan qalxmalıdır ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail ola bilək"


Siyasət 25 Okt 2018 15:50:00 297 0

Əli Əhmədov: "Dünyada qaçqın problemi, münaqişələr aradan qalxmalıdır ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail ola bilək"

"Azərbaycanın bugünkü möhtəşəm inkişafına cəmi 13-15 il ərzində nail olunub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dayanıqlı İnkişafa dair Bakı Forumunda deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan bu illər ərzində ölkədə yoxsulluğu 50 faizdən təxminən 5 faizə qədər endirə bilib, ökədə 2 milyon iş yeri açılıb. Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda dəyişənlər təkcə statistikda əks olunmur, Azərbaycanın bütün siması dəyişib. Bakı müasir şəhərə çevrilib, Azərbaycanın bütün regionları təxminən bu simaya malikdir.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda 13-15 il ərzində əldə olunan nailiyyətlər BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa ümid yaradır.

Ə.Əhmədov qeyd edib ki, lakin bütün dünyanın liderlərinin öz siyasi iradəsini ortaya qoyması ən vacib şərtlərdən biridir.

O vurğulayıb ki, dünyada qaçqın və məcburi köçkün problemləri, münaqişələr aradan qalxmalıdır ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq mümkün olsun. Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanın 20 faiz ərazisi işğal altında qalmaqdadır. Həmin ərazilərdən ölkəmiz istifadə edə bilmir:

"Beynəlxalq ictimaiyyət səylərini səfərbər etməlidir ki, qaçqın və məcburi köçkün problemi, haqsızlıqlar, etnik təmizləmər aradan qalxsın və beləliklə, 2030-cu ilə qədər dünyanın simasını dəyişmək mümkün olsun".