Azərbaycan və Sloveniya arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib


Digərləri 25 Okt 2018 15:29:00 258 0

Azərbaycan və Sloveniya arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib

Xarici işlər naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Sloveniya Milli Şurasının sədri Aloyz Kovşa ilə görüşüb.

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Sloveniya Milli Şurasının sədri Aloyz Kovşa ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər və enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar. Nazir E.Məmmədyarov Sloveniya qanunverici orqanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinə və Sloveniya Milli Şurasının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qərara görə həmsöhbətinə öz təşəkkürünü bildirib. Həmçinin, tərəflər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr, xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin