Azərbaycanda arvadını öldürərək meşədə basdıran şəxsə hökm oxundu


Digərləri 25 Okt 2018 15:06:00 294 0

Azərbaycanda arvadını öldürərək meşədə basdıran şəxsə hökm oxundu

Samux rayonunda həyat yoldaşını döyərək qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə Samux rayon sakini, 1981-ci il təvəllüdlü Ağamir Tofiq oğlu Səmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub. 

Hakimin qərarı ilə A.Səmədov 16 il 6 ay azadlıqdan məhrum edilib.