Bakıda 30a yaxın ağac aşdı


Digərləri 25 Okt 2018 14:34:28 258 0

Bakıda 30a yaxın ağac aşdı

Bakıda 30-a yaxın ağac aşaraq fəsadlar törədib.

Son.az xəbər verir ki, bunu özlə olaraq Trend-ə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə baş verən yerlərə işçi qüvvəsi cəlb olunub:

"Ötən axşamdan bəri əsən güclü külək paytaxtın müxtəlif ünvanlarında 30-a yaxın ağacın budaqlarının sınması və aşması ilə nəticələnib. Sakinlərin müraciətləri əsasında həmin ərazilərə işçi qüvvəsi cəlb olunub, qırılmış budaqlar və aşmış ağaclar oradan götürülüb".


Xəbərə aid fotolar