Azərbaycan minik avtomobili istehsalını 3 dəfədən çox artıracaq


Digərləri 25 Okt 2018 14:39:00 251 0

Azərbaycan minik avtomobili istehsalını 3 dəfədən çox artıracaq

Azərbaycanda gələn il 2000 minik avtomobilinin istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci il proqnozu ilə müqayisədə 3,3 dəfə çoxdur.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə 2019-cu il büdcə zərfinə istinadən xəbər verir.

2020-ci ildə 3500, 2021-ci ildə 5300, 2022-ci ildə 7000 minik avtobilinin istehsal olunacağı gözlənilir. Həmçinin proqnozlara əsasən 2019-cu ildə 843, 2020-ci ildə 752, 2021-ci ildə 721 və 2022-ci ildə 782 ədəd yük avtomobili istehsal olunacaq.