İcazəsiz balıq ovlayan şəxs saxlanılıb


Digərləri 25 Okt 2018 14:28:37 192 0

İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Yenikənd su anbarında balıq ovlayan şəxsi saxlayıb.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Yenikənd su anbarında balıq ovlayan şəxsi saxlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı icazəsiz ov edən şəxsin Şəmkir rayon sakini Rauf Qəmbərov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb.