Ançelotti: “93-cü dəqiqədə qol buraxmağımıza əsəbləşirəm”


İdman 25 Okt 2018 14:11:00 267 0

Ançelotti: “93-cü dəqiqədə qol buraxmağımıza əsəbləşirəm”

Napoli Çempionlar Liqasının 3-cü turunda PSG ilə bərabərə qalıb-2:2.

Goal.az xəbər verir ki, İtaliya klubunun baş məşqçisi Karlo Ançelotti nəticəyə görə əsəbləşdiyini deyib.

“Napoli qələbənin bir addımlığında idi. Oyunumuz məni qane etdi. 93-cü dəqiqədə qol buraxmağımıza əsəbləşirəm. Di Mariya lap sonda topu qapıya göndərdi. Belə hallar ustalığı ilə seçilən komandalarla oyunlarda baş verir. Di Mariyanı çox istəyirəm. Amma topu kənara göndərsəydi, ona olan sevgim daha artardı. Növbəti oyun pley-off mərhələsinə çıxmaq baxımından əhəmiyyətli olacaq. Evdə oynayacağıq. Bu, bizə qismən üstünlük verəcək”,- Ançelotti bildirib.