TPL-da turun ən yaxşı futbolçusu açıqlandı


İdman 25 Okt 2018 14:11:00 242 0

TPL-da turun ən yaxşı futbolçusu açıqlandı

Goal.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu, “Qəbələ”nin hücumçusu Stiven Monrozdur.

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının səkkizinci turunun ən yaxşı oyunçusu məlum olub.

“Neftçi”yə qarşı keçirilən oyunda fransız futbolçu 1 qol, 1 qol ötürməsi ilə yadda qalıb. Araşdırmalara əsasən, Monroz turun ən yaxşı indeksə malik futbolçusudur.