Elmar Məmmədyarovdan Paşinyanın sonuncu fikirlərinə münasibət: "Danışanda düşünmək lazımdır"


Siyasət 25 Okt 2018 14:06:23 255 0

Elmar Məmmədyarovdan Paşinyanın sonuncu fikirlərinə münasibət: "Danışanda düşünmək lazımdır"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi sonuncu fikirlərə münasibət bildirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən nazir belə bəyanatların N.Paşinyan tərəfindən ilk dəfə səsləndirilmədiyini deyib.

Nazir vurğulayıb ki, danışıqlar aparanda hazırlıq görülməlidir: "Hansısa bəyanat veriləndə həmin şəxs nə dediyini düşünməlidir. İlk növbədə, ortada sənədlər var. ATƏT-in Minsk qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, münaqişədə tərəf Ermənistan və Azərbaycandır və danışıqlar da bu iki dövlətin arasında gedir. O ki qaldı Dağlıq Qarabağ icmasına, onlar burada maraqlı tərəfdirlər. Əgər belədirsə, burada da Azərbaycan icmasının olduğu nəzərə alınmalıdır".