Muğam Mərkəzində Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş tədbir keçirildi


Kriminal 25 Okt 2018 14:07:00 262 0

Muğam Mərkəzində Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan yazıçısı və şairi Mikayıl Müşfiqin yaradıcılığına  həsr olunmuş möhtəşəm tədbir keçib.

Son.az bildirir ki, oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert görkəmli Azərbaycan yazıçısı və şairi, unudulmaz Mikayıl Müşfiqin yaradıcılığına  həsr olunmuşdu. 

Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Mədəniyyət" televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilmişdi.

Konsertdə sevimli şairin sözlərinə bəstələnmiş  mahnılar ifa edilmişdi. Xalq artistləri - Zabit Nəbizadə -"Maralım", Teyyub Aslan -"Yaşa məhəbbətim", əməkdar artistlər - Arzu Əliyeva -"Sənin gülüşlərin", Almaz Orucova -"Necə əl çəkim", Ehtiram Hüseynov-"Könül yaşa", Rəşad İlyasov -"Sənin üçün", müğənnilər - Kamilə Nəbiyeva -"Yenə o bağ olaydı", Rövşən Əziz- "Qurban olduğum" mahnılarını ifa etmişdilər. 

İfaçıları  xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.