Nazir: "Fransa bələdiyyə başçılarının işğal olunmuş ərazilərimizə qanunsuz səfəri ilə bağlı tədbir görməlidir"


Siyasət 25 Okt 2018 13:56:00 304 0

Nazir: "Fransa bələdiyyə başçılarının işğal olunmuş ərazilərimizə qanunsuz səfəri ilə bağlı tədbir görməlidir"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın bir sıra bələdiyyə başçıları və üzvlərinin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməsinə münasibət bildirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, Fransa Xarici İşlər Nazirliyindən Dağlıq Qarabağı ayrı dövlət kimi tanımadıqlarını bildiriblər.

E.Məmmədyarov Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda Fransa səfiri ilə görüşdüyünü deyib:

"Səfirə də bildirdim ki, əgər kimsə müəyyən tapşırıqlardan imtina edirsə, Fransa hökuməti öz tərəfindən müvafiq tədbir görsün. Diplomat isə vurğuladı ki, bu məsələ ilə bağlı məlumatları Parisə göndərəcək və cavabı Azərbaycan tərəfinə təqdim edəcək".