Elmar Məmmədyarov: "Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər"


Siyasət 25 Okt 2018 13:32:00 243 0

Elmar Məmmədyarov: "Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər"

ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin bu ilin sonuna qədər daha bir görüşünün keçirilməsi nəzərdə tutur:

"Görüşün tarixi və yeri barədə dəqiq məlumat yoxdur. Həmsədrlərin regiona səfəri zamanı bu barədə müzakirə aparılacaq".