Güclü külək, leysan, dolu


Digərləri 25 Okt 2018 13:28:13 263 0

Güclü külək, leysan, dolu

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 16-18, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 748 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 26-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 18-23, dağlarda gecə 9-11, gündüz 6-9 dərəcə isti təşkil edəcək.