Ölkəyə külli miqdarda qanunsuz dərman keçirən sabiq gömrük işçisinin məhkəməsi başladı


Digərləri 25 Okt 2018 13:17:00 254 0

Ölkəyə külli miqdarda qanunsuz dərman keçirən sabiq gömrük işçisinin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Mehman Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı noyabrın 1-nə təyin edilib.

İttihama görə, Mehman Novruzov Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Yalama" Gömrük postunun böyük inspektoru vəzifəsində çalışan zaman dövlət qeydiyyatından keçməyən 5 milyon 539 min manat məbləğində dərman preparatlarını satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana keçirib.