Sabahın hava proqnozu açıqlanıb


Digərləri 25 Okt 2018 13:09:00 226 0

Sabahın hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı ehtimalı var. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 16-18, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 748 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.