XƏBƏRDARLIQ! Leysan yağacaq, dolu düşəcək


Digərləri 25 Okt 2018 13:13:00 208 0

XƏBƏRDARLIQ! Leysan yağacaq, dolu düşəcək

Hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edilib.

Bakı. Hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-dan 27-si səhərədək güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir. Oktyabrın 27-də səhər saatlarında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək.