Əmisi oğlunun arvadını qaçıran oğlanın yasında 4 nəfər iştirak etdi


Kriminal 25 Okt 2018 13:04:00 275 0

Əmisi oğlunun arvadını qaçıran oğlanın yasında 4 nəfər iştirak etdi

Azərbaycanda əmisi oğlunun həyat yoldaşını qaçırdığı üçün öldürülən gəncin qətli ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb

.

Son.az baku.ws-ə istinadla xəbər verir ki, ATV-də yayımlanan "Bizimləsən" verilişində hadisənin baş verdiyi Qubanın Tülər kəndindən süjet yayımlanıb. 

Mərhumun evində olan kanal əməkdaşları öldürülən 26 yaşlı Elşad Əsədovun yas mərasiminə qatılan yaxınlarından açıqlama alıb. İki uşaq anası olan Aynuru qaçıran Elşadın qohumları dəhşətli cinayətin detallarından danışıblar. 

Bildirilib ki, Elşadı gecə kəndin camaatı döyüb. Ürəyinə iki dəfə bıçaq vurulub. Anası iddia edir ki, öləndən sonra da oğlunu döyüblər. Onu vurmayan kənd camaatına süyüş qoyulub. Hətta yas mərasimində iştirak etmək istəyənlərə də söyüş söyülüb. Məhz buna görə Elşadın yasında cəmi 4 nəfər iştirak edib.  

Qeyd edək ki, oktyabrın 22-də Elşad 2 uşaq anası olan Aynuru qaçırdığı üçün qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülmüş və o, aldığı xəsarət nəticəsində hadisə yerində ölmüşdür.