Azərbaycanda hotellərdə qalan əcnəbilər arasında ərəb və ruslar üstünlük təşkil edir


Digərləri 25 Okt 2018 12:59:00 262 0

Azərbaycanda hotellərdə qalan əcnəbilər arasında ərəb və ruslar üstünlük təşkil edir

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandakı mehmanxanalarda 2446,8 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,4 faiz çoxdur.

Son.az Trend-ə istinadən xəbər verir ki, gecələmələrin 57,8 faizi Bakıda, 10,6 faizi Qəbələdə, 6,6 faizi Xaçmazda, hər birində 3,9 faiz olmaqla Naftalan və Qubada, 3,8 faizi Qusarda, 2,7 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Qaxda, hər birində 0,8 faiz olmaqla Gəncə və Lənkəranda, 8,0 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,3 faiz artaraq 1651,7 min olub ki, bu da ümumi gecələmələrin 67,5 faizini təşkil edir. Gecələmələrin 13,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,4 faizi Rusiya Federasiyası, 9,9 faizi Səudiyyə Ərəbistanı, 5,2 faizi İran, 4,0 faizi Türkiyə, 3,8 faizi İsrail, 3,6 faizi Hindistan, 3,3 faizi Küveyt, hər biri üzrə 2,7 faiz olmaqla Böyük Britaniya və İraq, 2,6 faizi ABŞ, 2,5 faizi Qətər, 2,2 faizi Pakistan, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Oman, 1,2 faizi Almaniya, 1,1 faizi Bəhreyn,1,0 faizi Ukrayna, 26,6 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.