Hikmət Hacıyev: Azərbaycanla Ermənistan arasında operativ əlaqə dövlət başçıları səviyyəsində qurulmayıb


Digərləri 25 Okt 2018 12:27:00 253 0

Hikmət Hacıyev: Azərbaycanla Ermənistan arasında operativ əlaqə dövlət başçıları səviyyəsində qurulmayıb

Azərbaycanla Ermənistan arasında operativ əlaqə dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri səviyyəsində qurulmayıb.

Bakı. Azad Həsənli - Azərbaycanla Ermənistan arasında operativ əlaqə dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri səviyyəsində qurulmayıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib. O qeyd edib ki, əlaqə daha aşağı səviyyədə qurulub və müvafiq çərçivələrdə operativ hallarda istifadə olunur: “Ermənistan və Azərbaycan münaqişə tərəfləridir və münaqişənin həlli üçün danışıqlar aparır. Ona görə də bu təmaslar normaldır”. H.Hacıyev, həmçinin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın separatçı rejimin münaqişənin nizamlanması ilə bağlı danışıqlarda iştirakı barədə açıqlamasını şərh edib: “Bu, qəbulolunmaz yanaşmadır və münaqişənin həllinə xidmət etmir. Əksinə bu, gərginliyi daha da artıran addımdır. Münaqişənin cavabdeh tərəfi Ermənistandır, çünki bu ölkə güc tətbiq edərək torpaqlarımızı işğal edib. Azərbaycanın işğal olunmuş ərazilərində erməni qoşunlarının mövcudluğu onu göstərir ki, Ermənistan cavabdeh tərəfdir. Ona görə də Ermənistan məsuliyyətdən yayına bilməz. Ermənistan qoşunlarını işğal olunmuş ərazilərimizdən çıxarmalıdır. Bu cür zərərli ritorika dövlət başçılarının Düşənbədə keçirdiyi söhbətin ruhuna ziddir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin