Napoli prezidentindən qeyri-adi təklif


İdman 25 Okt 2018 11:52:00 250 0

Napoli prezidentindən qeyri-adi təklif

Napoli-nin pezidenti Aurelio De Laurentis mzakirələrə səbəb olacaq təklif irəli sürüb.

Goal.az xəbər verir ki, klubun çalışdırıcısı matçların vaxtının azaldılmasını təklif edir.

“Futbolu məhv edirik. Gələcəyə baxmaq lazımdır. İndi bütün uşaqlar gününü video oynlarla keçirir. 8-10 ildən sonra uşaqlar futbola əhəmiyyət verməyəcək. Bu oyun onlar üçün maraqsız olacaq. Futbolun məhvinə görə biz günahkarıq. Qoca axmaqlar. Matçlar o qədər uzun olur ki, adamı yuxu aparır. Hərəsi 30 dəqiqə olan iki hissə oynamaq daha sərfəlidir. Fasilə isə 2-3 dəqiqə olsa bəsdir. Uzunçuluq futbola marağı öldürür”,-Napoli prezidenti təklifini belə əsaslandırıb.

De Laurentis bir müddət əvvəl də çılğınlığı ilə diqqətləri cəlb etmişdi. Mütəxəssis Neapol hökumətini San-Paolo stadionuna maliyə ayırmadığına görə kəskin tənqid etmiş, stadionu tualetə bənzətmişdi.