Bakıda ata ilə oğul evə girən oğrunu öldürdü


Digərləri 25 Okt 2018 11:42:00 252 0

Bakıda ata ilə oğul evə girən oğrunu öldürdü

Bakıda ata və oğul evlərinə girən oğrunu öldürüb.

Son.az bildirir ki, qafqazinfo-ya daxil olan məlumata görə, hadisə dünən gecə saatlarında baş verib.

Bayıl qəsəbəsində yaşayan 54 yaşlı Sakit Abdullayev oğlu 18 yaşlı Faiq Abdullayevlə birlikdə evlərinə oğurluq etmək üçün daxil olan əvvəllər məhkum olunmuş Əhəd Həsənovu bıçaqlayaraq qətlə yetiriblər.

Ata və oğlu saxlanılıb.

Səbail Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.