Axtarışda olan azərbaycanlı Belarusda tutulub Azərbaycana göndərildi


Digərləri 25 Okt 2018 11:19:00 218 0

Axtarışda olan azərbaycanlı Belarusda tutulub Azərbaycana göndərildi

DİN-dən Son.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə axtarışda olan Firuz Quliyev Belarus Respublikasının ərazisində saxlanılıb.

F.Quliyev Azərbaycana ekstradisiya edilib.

Pünhan Mirzə Son.az