ÇL-da həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlandı


İdman 25 Okt 2018 10:56:00 249 0

ÇL-da həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədləri açıqlayıb.

Goal.az xəbər verir ki, III turun matçlarından sonra ən yaxşı oyunçu adına bosniya və herseqovinalı Edin Ceko (Roma), misirli Məhəmməd Salah (Liverpool), ispaniyalı David Silva (Manchester City) və mərakeşli Aşraf Hakimi (Borussia) iddia edir.

Həftənin ən yaxşı qoluna da 4 namizəd var. Bunlar argentinalı Anhel Di Mariya (PSG), braziliyalı Marselo (Real Madrid), portuqaliyalı Bernardu Silva (Manchester City) və italiyalı Lorentso İnsinyenin qollarıdır.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.