Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin iclası keçiriləcək


Digərləri 25 Okt 2018 09:57:00 224 0

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin iclası keçiriləcək

Oktyabrın 26-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclası keçiriləcək.

Bakı. Oktyabrın 26-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclası keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, iclasda İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Hadi Süleymanpur, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, ECO-ya üzv olan 10 ölkənin yüksəksəviyyəli nümayəndələri, o cümlədən həmin dövlətlərin ölkəmizdəki fövqaladə və səlahiyyətli səfirləri iştirak edəcəklər. Türkiyənin Özəlləşmə Təşkilatının prezidenti Ahmet Aksu, İranın Özəlləşmə Təşkilatının prezidenti Mir Ali Aşraf Abdollah Pourihossein, Avropa İttifaqının enerji sahəsi üzrə baş eksperti Erik Somelar, Beynəlxalq Maliyyə Korporasiyasının dövlət-özəl tərəfdaşlığı layihələri üzrə baş eksperti Alibek Abdrəhmanov da tədbirin qonaqları olacaqlar.