Azərbaycan və Rumıniya arasında Müştərək Komissiyanın hazırlıq iclası keçirilib (FOTO)


Digərləri 25 Okt 2018 09:44:00 201 0

Azərbaycan və Rumıniya arasında Müştərək Komissiyanın hazırlıq iclası keçirilib (FOTO)

Azərbaycan və Rumıniya arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın ölkəmiz tərəfindən yeni tərkibinin hazırlıq iclası keçirilib

Bakı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 oktyabr 2018-ci il tarixli 525 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın Azərbaycan Respublikası tərəfindən təsdiq edilmiş yeni tərkibinin hazırlıq iclası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, sərəncama əsasən Komissiyanın üzvləri sırasına xarici işlər, iqtisadiyyat, energetika, mədəniyyət, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, təhsil, səhiyyə nazirlərinin müavinləri, Dövlət Turizm Agentliyinin sədri, Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycan Mərkəzi Bankı sədrinin müavini və ölkəmizin Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri daxildir.