Bakıda "BMW" beton maneəyə çırpılaraq yandı


Digərləri 25 Okt 2018 09:15:00 236 0

Bakıda "BMW" beton maneəyə çırpılaraq yandı

Bakı şəhərinin Nərimanov rayonunda "BMW" markalı minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

FHN-dən Son.az-a verilən məlumata görə, yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.