Çexiya Səudiyyə Ərəbistanındakı səfirini geri çağırdı


Dünya 25 Okt 2018 09:07:10 265 0

Çexiya Səudiyyə Ərəbistanındakı səfirini geri çağırdı

Çexiya Səudiyyə Ərəbistanından olan jurnalist Camal Haşşoqinin qətlinə görə Səudiyyə Ərəbistanındakı səfirini geri çağırdı.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin xarici işlər naziri Tomas Petriçek bildirib.

Xatırladaq ki, Camal Haşşoqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Jurnalistin amansızlıqla qətlə yetirildiyi bildirilir.