Kvant interneti yaradılır


Digərləri 25 Okt 2018 08:41:00 270 0

Kvant interneti yaradılır

Kvant interneti reallığa çevrilən ilk kvant informasiya texnologiyası ola bilər. Belə ki, Niderlandın Delft Texniki Universitetinin tədqiqatçıları bu miqyaslı layihənin həyata keçirilməsi üzrə plan dərc ediblər.

"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, tədqiqatda qlobal kvant şəbəkəsinin yaradılması üçün hazırda təhlükəsiz kvant rabitəni təmin edən adi kubit şəbəkələri daxil olmaqla altı mərhələ təsvir edilib. Plan tam kvant kompüterlər şəbəkəsinin inkişafı ilə tamamlanıb. Hər bir mərhələdə yeni əlavələr - Yer kürəsində bir virtual superteleskopda saatın tam sinxronlaşdırılması və ya müxtəlif teleskopların inteqrasiyası yaradılıb.

Bildirilir ki, kvant interneti kvant dolaşıqlığından istifadə sayəsində rabitə texnologiyasında inqilab edəcək. Texnologiya planetin istənilən iki nöqtəsi arasında kvant bitlərini ötürməyə imkan verir. Kvant bitləri sıfıra bərabər olmaqla yanaşı, eyni zamanda bir-birinin arasında elə dolaşıqlığa düşər ki, bir kubitlə həyata keçirilən əməliyyat dərhal digərinin vəziyyətinə təsir edə bilər.