NASA Marsda yeri seçdi


Digərləri 25 Okt 2018 08:46:00 316 0

NASA Marsda yeri seçdi

Üçgünlük müzakirələrdən sonra astronomlar 2020-ci ildə ABŞ Kosmik Agentliyi tərəfindən Marsa göndəriləcək yeni kosmik aparatın enəcəyi yeri müəyyənləşdiriblər.  

"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, Kaliforniyada konfransda keçirilən səsvermə agentlik tərəfindən təsdiq edilən üç Mars sahəsinin çoxillik elmi-texniki analizinin yekunu olub: Cezero daşlaşmış krateri, Böyük Sirt şimal-şərq ovalığı (yaradılması yeraltı mineral mənbələr vasitəsilə ehtimal edilən qədim qabıq sahəsi) və Qusev krateri daxilində Kolumbiya təpələri krateri (potensial baxımdan keçmiş istilik mənbələri). Əvvəllər bu siyahıya tərkibinə görə Böyük Sirtə bənzər Miduey sahəsi əlavə edilib.