Yeni Apple qurğularının təqdimat tarixi məlum olub


Digərləri 25 Okt 2018 08:05:00 222 0

Yeni Apple qurğularının təqdimat tarixi məlum olub

"Apple" şirkəti müxtəlif nəşrlərin jurnalistlərini oktyabrın 30-da Nyu-Yorkda keçiriləcək yeni qurğuların təqdimat mərasiminə dəvət edib.    

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, ABŞ istehsalçısı tərəfindən hansı qurğuların nümayiş etdiriləcəyi naməlum olsa da, şayiələrə görə, "iPad Pro" istehsal xəttinə aid yeni planşetlər təqdim olunacaq. Onlar "Face ID" sifətin tanınması sistemi, daha nazik ekran çərçivəsi, eləcə də "Lightning" əvəzinə "USB-C" çıxışı ilə təchiz ediləcək.

Bundan başqa, yenilənmiş noutbuklar və ya fərdi kompüterlər, o cümlədən uzun müddətdir yenilənməyən və nisbətən ucuz "MacBook Air" modelini əvəzləyəcək noutbukun nümayiş ediləcəyi istisna edilmir. Qurğunun ensiz çərçivəli 12 düymlük "Retina" ekranı ilə təchiz ediləcəyi bildirilir. Həmçinin yeni "Mac Mini" kompüterinin nümayiş olunacağı gözlənilir.