UEFA Çempionlar Liqasının üçüncü turunun oyunları keçirilib (VİDEO)


Digərləri 25 Okt 2018 02:20:43 205 0

UEFA Çempionlar Liqasının üçüncü turunun oyunları keçirilib (VİDEO)

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.

Bakı. UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub. Trend-in məlumatına görə, Parisdə “PSJ” ilə İtaliyanın "Napoli" komandaları arasında matçda qalib müəyyən edilməyib. "Park de Prens" stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb."Napoli"nin heyətində vurulan qolların müəllifi İnsinye, Mertens və öz qapısına qol vuran Mariu Ruy olub. “PSJ” məğlubiyyətdən oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə di Mariyanın vurduğu qolla xilas olub. Paralel keçən qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb: "Borussiya Dortmund" (Almaniya) – "Atletiko M" (İspaniya) - 4:0 "Brügge" (Belçika) – "Monako" (Fransa) - 1:1 "Barselona" (İspaniya) – "İnter" (İtaliya) - 2:0